“Tottenhem”in baş məşqçisi: “Qarabağ” avrokuboklarda öz izini qoyub”

media-hightechnic-468x90

“Qarşımızda təcrübəli Avropa komandası var. Avrokubok təcrübəsi, həqiqətən, önəmlidir. “Qarabağ” istər Çempionlar Liqası, istərsə də Avropa Liqasında öz izini qoyub”.

media-banner_tkm

Bu sözləri “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında AZƏRTAC-ın xüsusi müxbirinə cavabında deyib.

O, sabahkı matça hazır olduqlarını bildirib: “Biz “Qarabağ”ın son oyunlarını izləmişik. Onların çox güclü komanda olduqlarını gördük. “Qarabağ” yerli çempionatda dominantlıq edir. Amma avrokuboklarda da bir o qədər uğurlu təsir bağışlayırlar. Bunu ötən mövsüm Avropa Liqasında sərgilədikləri oyun və qazandıqları nəticələrlə də sübut ediblər”.

Avstraliyalı mütəxəssis “Qarabağ”a qarşı baxımlı oyun sərgiləmək istədiklərini vurğulayıb: “Heyətdəki itkilərə baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq. İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar”.

Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05