Tovuz müsavatçıları partiyadan gedib, getməyib? – Rauf Arifoğlu açıqladı

media-hightechnic-468x90

download (72)Razim Əmiraslanlı: “Tovuz təşkilatından ancaq fərdi istefalar var”

Mir Yaqub Ağamirli: “Təşkilat olaraq 400 nəfərə yaxın üzvümüz bütünlüklə istefa verib”

Xəbər verildiyi kimi, Müsavat Partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə təşkilatdan istefa verib. Bu barədə rayon təşkilatı Facebook səhifəsində məlumat yayıb. Rayon təşkilatında nə baş verdiyi barədə Yenicag.az saytına açıqlamasında Müsavat Partiyası Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanov bildirdi ki, sözügedən təşkilatdan partiya sıralarından bütövlükdə deyil, ancaq fərdi qaydada çıxanlar var: “Müsavat Partiyası Tovuz rayon təşkilatının bəyanatı ilə tanışdır. Rayon təşkilatının keçmiş sədri ilə danışaraq, onların istefası barədə mətbuatda yayılan məlumatı dəqiqləşdirmişik. Demək istəyirəm ki, Müsavat Partiyasına üzvlük fərdi qaydadadır. Sadəcə olaraq, həmin rayon təşkilatına daxil olan bəzi şəxslər partiyanı tərk edib. Ancaq Tovuz rayon təşkilatında Müsavat Partiyasının ümumi ideoloji xəttini dəstəkləyən müsavatçılar var. Onlarla əlaqə saxlamışıq və yaxın zamanlarda həmin rayon təşkilatının fəaliyyəti bərpa olunacaq”.

Tovuz rayon təşkilatının istefa verərək çıxan sədri Mir Yabub Ağamirli isə Yenicag.az-a açıqlamasında bir daha təşkilatın bütövlüklə partiya sıralarını tərk etdiyini bildirib: “Biz Müsavat ideyasının daşıyıcısı kimi qalırıq. Heç kimin təkidi və ya məsləhətilə partiyanı tərk etməmişik. Sadəcə olaraq, təşkilat olaraq, özümüzü partiya sıralarından kənarlaşdırdıq. Onun səbəbləri barədə də facebookda məlumat yerləşdirmişik. Təşkilat olaraq 400 nəfərə yaxın üzvümüz bütünlüklə istefa verib”.

 

***

 

arifoqlu (1)YENİCAG.AZ günxeber.com-a istinadən xəbər verir ki, ölkə miqyasında tanınan bir sıra şəxslərin yaxınları da Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvləridir və onlar istefa verməyiblər. Aldığımız məlumata görə, belə şəxslərdən biri elə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludur. R.Arifoğlu bununla bağlı əməkdaşımızın sualına cavab olaraq bildirib ki, həm atası, həm də anası Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvləridir: “Mənim atamla anam indi də Müsavatın Tovuz rayon təşkilatının üzvləridir. Onlar istefa verməyiblər. Bu isə o deməkdir ki, istefa məsələsi təşkilatın bütün üzvlərinə şamil olunmamalıdır. Əldə etdiyim məlumata görə, təşkilatın mənim kəndim olan Öysüzlü özəyi yerindədir”.
R.Arifoğlu bu məsələ ilə bağlı Facebbokda da belə bir status yazıb: “Atam, anam, kənddəki qohumlarım Müsavat Partiyasının üzvləridirlər. Heç biri istefa verməyib, istefa vermək fkirləri də yoxdur. Ümumiyyətlə, Tovuz təşkilatının nominal üzvlərinin 85 faizi istefa verməyib- sadəcə qeyri-fəal vəziyyətdədirlər”.

Onu da öyrəndik ki, Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvü olan “Yeni Müsavat” qəzetinin əməkdaşı Əlisuvar Qədimov da təşkilatdan istefa verməyib.

Bu məlumatlar isə onu göstərir ki, Müsavatın Tovuz təşkilatının tam tərkibdə istefa verməsi xəbərində xeyli dərəcədə şişirtmələr var.
Rüfət/Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600