!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuz sakinini yük avtomobili vuraraq öldürdü

!Reklam – Yazi

Tovuz sakinini avtomobil vuraraq öldürüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunu Ağdam kəndində qeydə alınıb.

Məlumata görə, sözügedən kəndin içindən keçən Tovuz çayında ot yüklü “Zil” markalı yük maşını batıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Hacıyev İsmixan İdoş oğlu yük maşınının çaydan çıxmasına kömək edib. Bu zaman anidən yük maşını hərəkət edib və İ. Hacıyev yük maşınının təkərləri altında qalıb. İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv