!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri MÜƏYYƏN OLUNDU

!Reklam – Yazi

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyən olunub.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Xəbərə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək.

Araşdırmalar davam etdirilir.

//APA

 

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv