!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Toy karvanında avtoxuliqanlıq etdi - CƏRİMƏLƏNDİ / FOTO

Astarada toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin şəxsin Astara şəhər sakini Mahir Nurəlizadə olduğu müəyyən edilib. O, sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21065” markalı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə M.Nurəlizadə 500 manat məbləğində cərimə edilib.

 

www.yenicag.az

117
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100