Toyda baş verən bıçaqlanma ilə bağlı DİN-dən AÇIQLAMA

media-hightechnic-468x90

Samux Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən şadlıq saraylarının birində Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Fazil Əhmədovun kəsici-deşici alətlə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

media-banner_tkm

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yenicag.az-a bildirib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində vətəndaşa şəxsi münasibətlər zəminində mübahisə edərək xəsarət yetirən şəxsin 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərhad Rəcəbov olması müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05