Toyda dəhşətli partlayış – 5 ölü, 40 yaralı

Əfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayış olub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

Partlayışın törədilməsi və ya bədbəxt hadisə nəticəsində baş verməsi barədə isə məlumat verilməyib.

Vilayət qubernatorunun köməkçisi Ataulla Xoqayani faktı təsdiqləyib.