Pakistanın şimal-qərbində toyda partlayış baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə aprelin 26-da axşam saatlarında Şimali Vəziristan vilayətinin Qulam Xan rayonunda qeydə alınıb.
Naməlum silahlı şəxslər toyun keçirildiyi evə bir neçə əl qumbarası atıb. Nəticədə ən azı 3 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında qadın və uşaqların olduğu da bildirilir.
Polis araşdırma aparır.
www.yenicag.az