Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Toydan qayıdan piyadanı vurub öldürdü, güzgüsü ilə tapıldı

Ötən gecə saat 12 radələrində Neftçala şəhərində toydan qayıdan piyadanı maşın vuraraq öldürüb.

Yenicag.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, toydan çıxıb evlərinə qayıtmaq üçün maşın gözləyərkən rayonun Həsənabad kənd sakini, 1992-ci il təvəllüdlü Novruz Çingiz oğlu Babayevi naməlum avtomaşın vuraraq hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Neftçala RPŞ-nin əməkdaşlarının hadisə yerində qırılıb düşmüş güzgü əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanı vuraraq hadisə yerindən uzaqlaşmış 47 BC 634 dövlət nömrə nişanlı “OPEL” markalı minik maşınının olduğu müəyyən edilərək həyətlərdən birində tapılıb, avtomobilin sürücüsü 52 yaşlı Neftçala rayon sakini Azər Firudin oğlu Rzayev istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...

www.yenicag.az

4022
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100