Bakıda "protiv" sürən "Hyundai" keçiddə piyadanı belə vurdu - ANBAAN VİDEO

media-hightechnic-468x90

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Yenicag.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Teymur Elçin küçəsində qeydə alınıb.

“Hyundai” markalı avtomobilin sürücüsü əks istiqamətdə çıxaraq hərəkət edir. Bu zaman piyada keçidindən keçən piyadanı vurur. Hadisə nəticəsində piyada ağır xəsarət alır.

Hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılır.

Qeyd edək ki, bu küçədə bəzən sürücülər əks istiqamətdə hərəkət edir. Amma ən böyük risk həmin piyada keçidi yerləşən ərazidir. Çünki “Şəhidlər xiyabanı” istiqamətindən gələrək Teymur Elçin küçəsinə dönmə edən sürücülər qarşıdan gələni heç cür görə bilmir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa