!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toylarda israfçılıq - Yeyilməyən qidaya görə vergi ödəniləcək?

!Reklam – Yazi

“Düşünürəm ki, Azərbaycanda yeyilməyərək atılan məhsulun həcmi üzrə göstərici Səudiyyə Ərəbistanında olan göstəricidən heç də az deyil. Ona görə Azərbaycanda da bu ərəb ölkəsində olduğu kimi israfçılığa yol verənlərlə bağlı ciddi cərimələr tətbiq edilməlidir. Belə bir addımın atılması mütləq lazımdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Səudiyyə Ərəbistanında ərzaq məhsullarının yeyilməyərək atılması ilə bağlı israfçılığa yol verənlərə münasibətdə cərimələrin tətbiq edilməsi məsələsinin gündəmə gəlməsi və anoloji addımın Azərbaycanda da tətbiq edilməsi vacibliyinə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:

“Azərbaycan müsəlman ölkəsidir. Buna baxmayaraq, ölkəmizdə israfçılıq həddən artıq çoxdur. Toylar ən parlaq nümunədir. Şadlıq saraylarında verilən qidaların təxminən 70 faizi yeyilmir, geri qaytarılır. Bu da əslində ölkəmizdə israfçılığın böyük rəqəmlərlə ölçüldüyü anlamına gəlir. Anoloji vəziyyəti restoran və evlərdə də müşahidə etmək mümkündür. Burada da süfrəyə qoyulan yeməyin əksər hissəsi sonda istifadə edilməyərək atılır. Azərbaycan xalqı xüsusən də çoxlu çörək yeyir. Amma buna baxmayaraq,  alınan çörəyin xeyli hissəsi sonda xarab olaraq tullanılır. Ona görə də elə etməliyik ki, çörək istehlakı azalsın. Bu səbəbdən düşünürəm ki, Azərbaycanda Səudiyyə Ərəbistanında olduğu kimi qida israfçılığına görə ciddi cərimələr tətbiq edilməlidir. Adekvat qanunları ölkəmizdə də tətbiq etmək olar. İlk olaraq da bu işi şadlıq evlərindən başlamalıyıq.

Şadlıq evlərində sifarişçi ilə müqavilə bağlanmalı, yeməklərin çeşidi göstərilməlidir ki, günahkarın sifariş verən olduğu bilinsin. Ardınca da digər sahələrə keçməliyik. Təəssüf ki, Azərbaycanda orta statistik ölkə vətəndaşının hər il nə qədər ərzağı istifadə etmədən atdığı barədə statistik göstərici yoxdur. Amma düşünürəm ki, Azərbaycanda yeyilməyərək atılan məhsulun həcmi üzrə göstərici Səudiyyə Ərəbistanında olan göstəricidən heç də az deyil. Baxmayaraq ki, bizim vətəndaşlar onlardan xeyli kasıbdır.

Düşünürəm ki, ölkəmizdə uşaq bağçalarında, məktəblərdə, evlərdə ciddi maarifləndirmə işləri aparmalıyıq. Çox çörək yeməkdən imtina etməliyik. Çünki o insan orqanizminə zərərlidir. İkincisi, çörək müqəddəsdir, gərək atılmsın. Şadlıq evlərində isə tələb təklifi üstələdiyindən yeyilməyən qidalar sabahı günü yenidən süfrəyə gətirilir. İsrafçılığın aradan qaldırılması, məhsul tullantısının azaldılmasına nail olmaq üçün bu sahədə mütləq qayda-qanun yaratmalıyıq”.

Qeyd edək ki, bir çox ölkələrdə əhali ciddi məhsul israfçılığına yol verir. Bu günlərdə məsələ ilə bağlı Səudiyyə Ərəbistanı həyəcan təbili çalaraq qida israfçılığına görə cərimə nəzərdə tutan qanun layihəsinə baxmağı qərara alıb. Bu ərəb ölkəsi qida tullantılarının adambaşına düşən həcminə görə dünyada “birincidir”. Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, orta statistik səudiyyəli hər il 250 kq ərzaq məhsulu atır. Halbuki dünya üzrə bu göstərici 115 kq-dır. Qida məhsullarına belə münasibət isə dövlət büdcəsinə ildə 13 milyard dollara başa gəlir. Bu da istehsal olunan ərzaq məhsulunun 40 faizi deməkdir. Ona görə də qanun layihəsinin müəllifləri təklif edirlər ki, restoran müştəriləri yeyilməyən qidaya görə (çəkisi 1 kq-ı keçdiyi təqdirdə) hesabın 5-20 faizi həcmində əlavə ödəniş etməlidirlər. Əgər müştərilər yeməyi özləri ilə apararlarsa, cərimədən azaddırlar.

ELÇİN

 

 

 

www.yenicag.az

3037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv