“Trabzonspor” ispaniyalı bombardiri transfer hədəfinə ALDI

media-hightechnic-468x90

Yeni mövsümə iddialı başlayan “Trabzonspor” heyətini güclü hücumçu ilə gücləndirməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Polşa mətbuatı yayıb.

Məlumata görə, ötən yay “Braga” klubundan icarəyə götürdüyü Simon Banzanın müqaviləsinin başa çatmasının ardından “Trabzonspor” yeni hücumçu axtarışına başlayıb. Klubun transfer gündəminə düşən əsas namizəd isə Polşanın “Visla Krakov” klubunda çıxış edən ispaniyalı forvard Anxel Rodadodur.

Rodado ötən mövsüm Polşa kubokunu qazanan komandası ilə UEFA Avropa Liqası və Konfrans Liqasında çıxış etmək şansı əldə edib. O, avrokuboklarda keçirdiyi 8 oyunda 6 qola imza atıb. Ümumilikdə isə cari mövsümdə 43 matçda 30 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Visla Krakov”un pley-off mərhələsində I Liqaya yüksəlmək şansını itirməsi Anxel Rodadonun klubdan ayrılmaq ehtimalını xeyli artırıb.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600