“Trabzonspor” Pol Onuaçunun transferində RAZILIĞA GƏLDİ – 8 milyon avroya BAŞA GƏLƏCƏK

media-hightechnic-468x90

“Trabzonspor” nigeriyalı hücumçu Pol Onuaçunun transferi ilə bağlı yekun razılığa gəlib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabrizio Romano məlumat yayıb.

İtalyan jurnalistin sözlərinə görə, “Trabzonspor” klubu Onuaçunun transferi üçün İngiltərənin “Southampton” klubu ilə 8 milyon avro qarşılığında razılaşma əldə edib. Hazırda tərəflər şəxsi müqavilə və maaş şərtləri üzərində danışıqları davam etdirirlər.

Qeyd edək ki, 31 yaşlı Pol Onuaçu ötən mövsüm “Southampton”un heyətində 28 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Trabzonspor”da icarə əsasında çıxış etdiyi dövrdə isə 25 oyunda 17 qol vurub və 4 assist edib.

Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05