“Trabzonspor” Timo Verner üçün “kisənin ağzını açdı”

media-hightechnic-468x90

“Trabzonspor” 2025–2026 mövsümünə hazırlıqlar çərçivəsində heyətini gücləndirməkdə davam edir. Türkiyə təmsilçisi bu dəfə Almaniya millisinin hücumçusu Timo Verneri transfer hədəfinə alıb.

Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, “Trabzonspor” rəhbərliyi ötən mövsümü icarə əsasında İngiltərənin “Tottenham Hotspur” klubunda keçirən və hazırda Almaniyanın “RB Leipzig” komandasının heyətində yer alan Vernerin keçidi üçün danışıqlar aparır.

Bildirilib ki, “Tottenham”da gözlənilən performansı sərgiləyə bilməyən və karyerasını yenidən canlandırmağa çalışan alman hücumçu ilə ilkin razılaşma əldə olunarsa, transfer yaxın vaxtlarda rəsmiləşə bilər.

Lakin prosesin önündə ciddi bir maliyyə maneəsi dayanır. Belə ki, Timo Vernerin illik 7 milyon avro maaş tələbi “Trabzonspor “üçün əsas problem hesab olunur. Əgər tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsələr, 28 yaşlı futbolçunun növbəti mövsümdən etibarən “Trabzonspor” formasını geyinməsi real görünür.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600