“Traktor”dan möhtəşəm qələbə! İlk dəfə İran çempionu oldu

media-hightechnic-468x90

Cənubi Azərbaycanın fəxri, dünyada ən çox azarkeş kütləsinə malik olan türk futbol klublarından biri “Traktor” bu gün tarix yazıb.

Yenicag.az xəbər verir ki, “Traktor” İran Pro Liqasında növbəti oyununa çıxıb. Turnir cədvəlinin lideri səfərdə “Şəms Azar”la (Qəzvin) üz-üzə gəlib.

Qarşılaşma “Traktor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Paralel keçirilən oyunda isə “Traktor”un ən yaxın izləyicisi “Sepahan” öz meydanında “Qol Qohar”a uduzub – 1:2. Bununla da Güney Azərbaycan təmsilçisi xallarının sayını 64-ə çatdıraraq sona 2 tur qalmış tarixində ilk dəfə çempionluğu bayram edib./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600