“Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirildı

media-hightechnic-468x90

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

Yenıcag.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə qalib komandalara kuboklar təqdim edilib.

Kanoe-kayak növündə birinci yerin sahibi Özbəkistan, akademik növdə isə Gürcüstan olub.

Qalib komandalara mükafatları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyevlə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təqdim ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və canlı ifalar tamaşaçılara bayram ab-havası yaşadıb.

Qeyd edək ki, Azərbaycan avarçəkənləri turnirdə 1-i qızıl, 7-si gümüş, 7-si bürünc olmaqla ümumilikdə 15 medal qazanıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600