Öztürklər: “ŞKTR türk dünyasının ayrılmaz parçasıdır”

media-hightechnic-468x90

Şimali Kipr Türk Respublikasının (ŞKTR) parlamentinin sədri Ziya Öztürklər bildirib ki, ŞKTR Türk dünyasının ayrılmaz hissəsidir və gec-tez layiq olduğu dəyəri alacaq.

Yenicag.az xəbər verir ki, Girnədə keçirilən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 17-ci iclasında iştirak üçün ölkədə olan heyıti qəbul edib.

Öztürklər bu toplantının Cənuni Kipr və beynəlxalq ictimaiyyətə verilən açıq mesaj olduğunu vurğulayıb. O bəzi türk dövlətlərinin Cənubi Kiprdə konsulluq açmaq təşəbbüslərinin təhrif edilməsinə qarşı da münasibət bildirib.

Öztürklər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-də ŞKTR-nin tanınması ilə bağlı ardıcıl çağırışlarını “tarixi addım” kimi dəyərləndirib və respublikanın Türk Dövlətləri Təşkilatına tam üzvlüyə doğru irəlilədiyini qeyd edib.

Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım isə ŞKTR-nin Türk dünyasındakı mövqeyinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirib: “Bu torpaqlarda verilən birlik mesajı ən güclü cavabdır,” – deyə o vurğulayıb.

Yıldırım həmçinin qeyd edib ki, Türkiyənin ŞKTR-yə qarantlığı və türk əsgərinin adadakı varlığı heç zaman müzakirə mövzusu ola bilməz.

Qonaq heyət daha sonra ŞKTR parlamentinin iclas zalına baxış keçirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa