“Zirə” “Turan Tovuz”a qalib gəldi

media-hightechnic-468x90

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna bu gün start verilib.

Yenicag.az-ın məlumatına görə, “Zirə” açılış oyununda “Turan Tovuz”a qalib gəlməklə (1:0) gümüş medalları təmin edib.

Hesabı 48-ci dəqiqədə Salifu Suma açıb. 59-cu dəqiqədə Qismət Alıyev birbaşa qırmızı vərəqə ilə meydandan qovulsa da, “Zirə” qələbə hesabını sonadək qoruyub.

Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb.
Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XXXII tura mayın 4-də yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600