Rəşad Sadıqov qələbəni belə şərh etdi

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, “Zirə” Azərbaycan Premyer Liqasının 33-cü turunda “Turan Tovuz” üzərində vacib qələbə qazanmaqla (1:0) çempionatda ikinci yeri təmin edib.

Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra təşkil edilən mətbuat konfransında çox stressli matç olduğunu, meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründüyünü deyib: “İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur”.

Sadıqov deyir ki, klubları üçün bu mövsüm ikincilik vacib idi: “Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir”.

Onun dediyinə görə, bundan sonrakı oyunlarda rotasiyalar edəcək və həmin matçlar komanda üçün avrokuboklara hazırlıq olacaq: “Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq.

Sadıqov deyib ki, “Qarabağ” kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il 2-ci yeri tutmaq vacib uğur idi.

O bildirib ki, komandası avrokuboklarda məhz Avropa Liqasında oynamaq istəyər: “Çünki ən azından bir məğlubiyyət imkanın olur. Amma ümumən götürsək, biz bilmirik ki, hansı turnirdə qarşımıza hansı rəqib çıxacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600