Tramp 2026-cı ildə Rusiyaya səfəri istisna etmədi
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Rusiyaya səfər edə bilər.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, Tramp bunu Çinə uçuşdan əvvəl Ağ Evdə jurnalistlərlə söhbət zamanı bəyan edib.
“Mən lazım olan hər şeyi edəcəyəm”, – Amerika lideri cari ilin sonunadək Rusiyaya səfər imkanı barədə suala cavab olaraq bildirib.
“Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq”, – o deyib və artıq səkkiz münaqişəni nizamladığını xatırladıb.













