ABŞ-nin keçmiş Prezidenti Donald Tramp iki əqli qabiliyyət testindən keçərək hazırkı ölkə lideri Co Baydenə də eyni prosedurdan keçməyi təklif edib.
Yenicag.az xəbər verir ki, o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Satılmış Co Bayden ağıl testindən keçməlidir. Bəlkə bu yolla onun niyə belə yarıtmaz qərarlar verdiyini öyrənə bilərik. Mən iki testdən keçdim və hər ikisində də səhvsiz! Bütün prezidentlər və prezident postuna iddia edənlər belə bir sınaqdan mütləq keçməlidir!”, – deyə Tramp qeyd eidb.
www.yenicag.az