"Tramp beynəlxalq münasibətlərə dolaşıqlıq gətirib" - POLİTOLOQ

media-hightechnic-468x90

“Tramp beynəlxalq münasibətlərə dolaşıqlıq gətirib”.

media-yencag-az_2017-01-13_13-57-21

Bu sözləri Trampın Rusiya Ukrayna müharibəsini bitirərək sayca 9-cu münaqişəni çözəcəyini bəyan etməsi, müharibənin hazırkı mərhələsini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi yaxın zamanda bitməyəcək:

“Rusiya Ukrayna müharibəsinin yaxın zamanda bitəcəyini görmürəm. Trampın bu günə qədər 8 münaqişəni bitirdini deməsini də qəbul etmək olmur. Tramp deyir ki, müharibələri dayandırmaqdan ləzzət alır. Trampın beynəlxalq münasibətlərə baxışı nədir, təsəvvürü nədir anlamaq olmur. Tramp Qəzza məsələsini həll etdiyini iddia edir, ancaq orada böhran davam edir.

Ukrayna məsələsində Trampın tez-tez dəyişən mövqeyi normal təsir bağışlamır. Dünən “Tomoqavk” verirdi, bu gün imtina edir, dünən Putinə danışığa gedəcəyini deyirdi, sonra imtina edir. İndi də deyir ki, danışıqlar üçün imkanlar var. Tramp beynəlxalq münasibətlərə dolaşıqlıq gətirib. Beynəlxalq aləmə yeni tənzimləmə gətirilməlidir. Hazırkı yanaşmalarla sülh əldə etmək mümkün deyil”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa