Tramp: "Bu, yolun sonu deyil"
“Amerikanın Ukraynaya dəstəyi davam edəcək”.
Yenicag.az xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.
O bildirib ki, bugünkü görüşlərin nəticəsindən asılı olmayaraq, Amerikanın Ukraynaya dəstəyi davam edəcək.
Tramp: “Bu, heç vaxt yolun sonu deyil. İnsanlar öldürülür və biz bunu dayandırmaq istəyirik. Ona görə də mən bunun yolun sonu olduğunu deməzdim”, – deyə bildirib.