“Kütləvi ixtisarlar haqqında şayiələr ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) işində sabitliyi pozub”.
Yenicag.az xəbər verir ki, bu barədə “NBC News” nəşri məlumat dərc edib.
“FTB direktoru vəzifəsini icra edən şəxsin gündəlik qeydləri və agentlər arasında iş yerlərini itirmək qorxusu FTB işçi qüvvəsinin diqqətini yayındırıb və sabitliyi pozub”, – nəşr vurğulayıb.
Telekanalın məlumatına görə, departamentin əməkdaşları arasında gərginlik ABŞ prezidenti Donald Trampın administrasiyasının Kapitoliyada baş verən iğtişaşlarla bağlı araşdırmalarda işləyən minlərlə agentin adlarını istəməsindən sonra yaranıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bütün işçilərə təzminat müqabilində istefa vermək imkanı təklif edib.
www.yenicag.az