!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Mahmud Abbası Ağ Evə dəvət edib

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbası Ağ Evə dəvət edib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu Fələstin liderinin nümayəndəsi Nabil Əbu Rudeyn bəyan edib.

“Bu gün Donald Tramp ilə Mahmud Abbas arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Fələstin liderini Ağ Evə dəvət edib”, deyə Fələstin liderinin nümayəndəsi bildirib.

Bundan əvvəl Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Yaxın Şərq probleminin həllində maraqlı olduğunu bəyan edib. Trampın qənaətinə görə, BMT qətnamələrinə baxmayaraq, İsrail-Fələstin münaqişəsinin həlli yolu vahid dövlətin yaradılmasından keçir.

Yeniçağ.Az

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv