Tramp milli təhlükəsizlik komandası ilə Qrenlandiyanı müzakirə edir

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp öz tabeliyində olanlarla Qrenlandiyanın alınması imkanları barədə fəal müzakirələr aparır.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinqdə danışıb.

“Prezident hazırda milli təhlükəsizlik komandası ilə bu məsələni fəal şəkildə müzakirə edir”, – deyə o, müvafiq suala cavabında bildirib.

Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalı ilə bağlı suala Levit cavab verərək bildirib ki, prezident Tramp həmişə bütün mümkün variantları nəzərdən keçirir. O, eyni zamanda, vurğulayıb ki, ABŞ lideri üçün prioritet həll diplomatik yoldur:

“Prezident heç bir variantı istisna etmir, lakin diplomatiya onun üçün həmişə birinci yerdə dayanır”.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruriliyini bəyan edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa