Tramp miqrasiya fərmanını yerinə yetirməkdən imtina edən naziri istefaya göndərib

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Tramp ölkənin baş prokuroru vəzifəsini yerinə yetirən ədliyyə naziri Salli Yeytsi istefaya göndərib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb S.Yeytsin prezidentin miqrasiya haqqında fərmanını yerinə yetirməkdən imtina etməsi olub.

Ədliyyə naziri vəzifəsinə Virciniya ştatının Şərq dairəsi prokuroru Dan Boente təyin edilib.

“Salli Yeyts ədliyyə nazirliyinə xəyanət edərək Birləşmiş Ştatlar vətəndaşlarının müdafiəsinə yönəlmiş qanuni əmri həyata keçirməkfən imtina edib” – deyə Ağ Evin bəyanatında bildirilir.

Qeyd edək ki, ABŞ prezidentinin bu fərmanı ölkədə və onun sərhədlərindən kənarda narazılıqlara səbəb olub.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600