Tramp nə üçün Avropa İttifaqını tənqid edir? - Komissiyadan CAVAB GƏLDİ

media-hightechnic-468x90

Avropa Komissiyası (AK) ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqının (Aİ) ünvanına səsləndirdiyi kəskin bəyanatların ittifaqın Cənubi Amerika Ümumi Bazarı (CAÜB) ölkələri ilə azad ticarət müqaviləsinin qarşıdan gələn imzalanması ilə əlaqəli ola biləcəyini ehtimal edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.

Bundan əvvəl ABŞ lideri “Politico”ya verdiyi müsahibədə Avropa ölkələrinin fəlakətli miqrasiya siyasəti səbəbindən tezliklə qeyri-həyat qabiliyyətli olacağını bildirmişdi.

“CAÜBilə müqavilənin dekabrda imzalanması prezident Trampın Aİ-yə qarşı son hücumlarına ən qətiyyətli cavab olardı”, – deyə adı açıqlanmayan AK rəsmisi bildirib.

5 dekabr 2024-cü ildə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ ilə CAÜB arasında danışıqlarda “finiş xətti”nin yaxın olduğunu bildirmişdi. Dekabrın 6-da tərəflər avropalı fermerlərin etirazlarına baxmayaraq, ticarət sazişi bağladılar. Sənədin qüvvəyə minməsi üçün onu birliyin bütün iştirakçı dövlətləri təsdiqləməlidir. Müqavilənin bloklanması üçün Aİ əhalisinin ən azı 35%-ni təmsil edən dörd ölkənin imtina etməsi lazımdır. Avropa İttifaqının aqrar lobbisi, Fransa, Polşa və bir sıra digər ölkələrin hökumətləri buna qarşı çıxırlar.

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva noyabrın 24-də Avropa İttifaqı və Cənubi Amerika Ümumi Bazarı ölkələrinin azad ticarət sazişini dekabrın 20-də imzalayacağını bildirmişdi.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa