Tramp Qətərlə bağlı order imzaladı

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Qətərə təhlükəsizlik zəmanəti verən order imzalayıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən ABŞ Qətərə qarşı istənilən silahlı hücumu Vaşinqtona təhdidi olaraq qiymətləndirəcək və Qətəri təhlükəsizlik zəmanəti ilə təmin edəcək.

Qətərə qarşı edilən hücum Amerikanın təhlükəsizliyinə təhdid hesab olunacaq.

“Qətər dövlətinə qarşı xarici aqressiyadan qaynaqlanan təhdidlər fonunda, Qətər dövlətinin təhlükəsizliyini və ərazi bütövlüyünü zəmanət altına almaq və onu xarici hücumlara qarşı qorumaq ABŞ-ın siyasətidir. Qətərə hücum halında ABŞ diplomatik, iqtisadi və lazım olarsa, hərbi xarakterdə olmaqla bütün qanuni tədbirləri həyata keçirəcək və Amerikanın maraqlarını qoruyacaq”, – Trampın imzaladığı orderdə qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa