Tramp Rusiyaya iki həftə vaxt verdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə onu sanksiyalarla hədələyib.

Yenicag.az xəbər verir ki, ABŞ liderinin çıxışı Ağ Evin sosial şəbəkələrdəki səhifələrində yayımlanır.

Tramp vurğulayıb ki, iki həftə ərzində Ukraynadakı müharibənin həlli ilə bağlı çox mühüm qərar qəbul edəcək. Onun sözlərinə görə, belə bir qərara sanksiyalar, tariflər daxil ola bilər: “Lazım gələrsə, mən iki həftə ərzində Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verə bilərəm”.

Bu iki həftə ərzində o, Moskva və Kiyevin münaqişənin nizamlanmasına yanaşmalarını öyrənmək istəyir. Bundan sonra o, Ukraynada sülh danışıqlarının dayanmasına kimin cavabdeh olduğunu müəyyən edəcək./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa