!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp üçün MÜHÜM DÖVR: “Atəşkəsin əldə edilməsinə nail ola bilər” - VİDEO

!Reklam – Yazi

“Tramp Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəsin əldə edilməsinə, etimad mühitinin formalaşmasına nail ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında yeni hakimiyyətinin formalaşmasına sayılı günlər qalan Donald Trampın Ukrayna ilə bağlı etdiyi vədinin üstündə dayanma perspektivlərindən danışan politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Trampın Ukrayna məsələsini həll etməsini gözləmək o qədər də ağlabatan deyil.

“Çünki elə bir düyün yaranıb ki, indiki məqamda onu açmaq çox çətin görünür. Eyni zamanda, Ukraynanın taleyi tamamilə ABŞ prezidentindən də asılı deyil. Qısaca olaraq, hazırkı vəziyyət çox qəlizdir. Buna baxmayaraq, Tramp Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəsin əldə edilməsinə, etimad mühitinin formalaşmasına nail ola bilər. Lakin öncə də qeyd edildiyi kimi, bu münaqişə tək ABŞ prezidentinin əlində olmayan məcraya daxil olub”, – deyə o bildirib.

Ətraflı olaraq buradan izləyə bilərsiniz:

Nəsimi Ələsgərli

Samir Məcidov

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv