!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp üçün “Şimali Koreya” imtahanı…

!Reklam – Yazi

Şimali Koreya bəyan edib ki, nüvə müzakirələrini qoruyub saxlamaq üçün Vaşinqtonun vaxtı azalır.

Yenicag.az xəbər verir ki, Şimali Koreya XİN-nin ABŞ üzrə nümayəndəsi Ri Zae Sonq Vqşintonun vaxt qazanmaq üçün təkliflərini təkrarlayır, amma real təkliflər vermədiyini deyib.

O xəbərdarlıq edib ki, Pxenyan üçün faydası olmadığı təqdirdə Şimali Koreya müzakirələri dayandıracaq.

ABŞ və Şimali Koreya arasında nüvə danışıqları 2018-də başlayıb, iki ölkə rəhbərləri arasında iki dəfə görüş olub. Ancaq bu ilin fevralından etibarən müzakirələr dayanıb.

Trampın diplomatik uğuru kimi təqdim etdiyi Koreya ilə nüvə danışıqlarının dayanması seçkiqabağı ABŞ prezidentinin imicinə ciddi zərbə vura bilər. Eyni zamanda Şimali Koreyanın danışıqlardan çəkilməsi Uzaq Şərq regionunda gərginliyi daha da artıra bilər. Hazırda Vaşinqton Çinlə ciddi gərginlik yaşayır, həm ticarət anlaşmasının imzalanmaması, həm də Honq Konq etirazları Pekin-Vaşinqton münasibətlərinə mənfi təsir edir.

www.yenicag.az

1024
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv