Tramp: "Ukraynada atəşkəsə artıq ehtiyac yoxdur"
Tramp bildirib ki, Ukraynada atəşkəsə artıq ehtiyac yoxdur.
Yenicag.az xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.
ABŞ Prezidenti qeyd edib ki, tərəflər hətta hərbi əməliyyatlar zamanı da razılığa gələ bilərlər:
“Ukraynada atəşkəs sülh sazişinin bağlanması üçün ilkin şərt deyil, çünki döyüşlər zamanı tərəflər razılaşma üzərində işləyə bilər”.