Tramp Vaşinqton küçələrində federal patrula qoşulacaq

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda küçələrin təhlükəsizliyinə nəzarət edən federal hüquq-mühafizə orqanlarının patruluna şəxsən qatılacağını bildirib.

Yenicag.az xəbər verir ki, Tramp bunu radio aparıcısı Todd Starnesə müsahibəsində deyib.

“Mən bu axşam polis və əlbəttə ki, hərbçilərlə birlikdə küçələrdə olacağam. İşimizi görəcəyik”, – deyə o qeyd edib.

Ağ Ev rəsmisi də prezidentin planlarını təsdiqləyib, amma detalları açıqlamayıb.

Trampın Milli Qvardiyanın yerləşdirilməsi və şəhərin polis departamentinə nəzarəti ələ alması onun “qanun və asayiş” mesajını ən yüksək səviyyədə nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir. Lakin bu addımlar Vaşinqton sakinləri arasında ciddi narazılıq yaradıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa