Tramp Zelenskiyə Ağ Evin simvolik açarlarını verdi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə görüşərkən bir-birlərinə hədiyyələr veriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Zelenski Trampa Ukrayna ordusunun kiçik serjantı Konstantin Kartavtsevin verdiyi qolf çubuğunu hədiyyə edib.

Ukrayna prezidenti bildirib ki, əsgər müharibənin ilk aylarında yoldaşlarını xilas edərkən ayağını itirib və bundan sonra qolf onun reabilitasiyasının bir hissəsi olub və fiziki və emosional tarazlığını bərpa etməyə kömək edib.

ABŞ prezidenti qolf çubuğuna görə ukraynalı əsgərə təşəkkürünü bildirib, həmçinin Zelenskiyə Ağ Evin simvolik açarlarını təqdim edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa