Trampdan gündəmi silkələyən iddia: "Salam, Qrenlandiya!" - FOTO

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı iddialarını yenidən gündəmə gətirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Ağ Ev rəhbəri sosial şəbəkə hesabında ada ilə bağlı vəziyyəti əks etdirən status paylaşıb.

Trampdan gündəmi silkələyən növbəti iddia: Salam, Qrenlandiya! – FOTO

ABŞ prezidenti paylaşıma diqqətçəkən bir şəkil əlavə edib. Fotokollajda Ağ Ev liderinin dağların arxasından ada ölkəsini seyr etdiyi görünür.

Tramp paylaşımın altına “Salam, Qrenlandiya!” şərhini yazıb.

Birləşmiş Ştatlar rəhbəri uzun müddət idi ki, ada barədə heç bir açıqlama vermirdi.

Bir neçə gün öncə ABŞ-nin Danimarkadakı səfiri Kennet Houeri bildirmişdi ki, Ağ Ev başçısı artıq Qrenlandiyanın ölkəsinə birləşdirilməsi üçün güc tətbiq edilməsini nəzərdən keçirmir. Onun fikrincə, Tramp bu ideyasından vaz keçib. Diplomat qeyd edib ki, danışıqlar prosesində işçi qrup həm Trampın narahatlıqlarını, həm də ada sakinlərinin və Danimarkanın maraqlarını təmin edəcək bir həll yolu tapa biləcək.

media-7qhrg3m2i09p1efjfzp3fotqpnps5xvjedlmqzbf_640

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05