Trampdan İrana B-2 XƏBƏRDARLIĞI: “Ya razılaşın, ya da...”
ABŞ Prezidenti Donald Tramp nükleer müzakirələr fonunda rəsmi Tehrana qarşı ritorikasını sərtləşdirib. O, İranın masada “ağıllı” davranmayacağı təqdirdə hərbi gücün işə düşəcəyinə eyham vurub.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ lideri “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
İsveçrədə keçirilən ikinci tur nükleer danışıqları yaxından izlədiyini deyən Tramp, İranın sərt müzakirəçi olduğunu, lakin bu dəfə nəticə çıxarmalı olduqlarını bildirib:

“Ümid edirəm ki, daha məntiqi olarlar. Anlaşmamanın nəticələrini görmək istədiklərini düşünmürəm. İranın əvvəllər fürsəti var idi, dəyərləndirmədi. Bunun qarşılığında biz B-2 bombardmançılarını göndərmək məcburiyyətində qaldıq. Nükleer potansialı yox etmək üçün razılaşma əvəzinə hərbi güc tətbiq olundu”.
BBC-nin “Verify” biriminin peyk görüntüləri ABŞ-ın İrana doğru böyük bir hərbi qüvvə topladığını təsdiqləyir. Məlumata görə: “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi hazırda Ərəb dənizində döyüş növbəsindədir. Ümumilikdə 12 ABŞ döyüş gəmisi (esminetslər və raket daşıyıcıları) İran ətrafındakı strateji nöqtələrdə mövqe tutub. İordaniyadakı bazalarda F-15 və EA-18 qırıcılarının sayı maksimuma çatdırılıb.
Trampın təhdidləri fonunda İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hürmüz boğazında genişmiqyaslı dəniz təlimlərinə başlayıb. SEPAH rəsmisi Məhəmməd Pakpurun rəhbərliyi ilə keçirilən təlimlərdə gəmilərdən yeni nəsil raketlər fırladılıb. Qeyd edək ki, dünya neft daşımalarının 20%-i bu boğazın payına düşür.
Yenicag.az













