!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampdan Putinə ŞƏRTLƏR: Eks-prezidentin mümkün qayıdışı kimləri narahat edir?

!Reklam – Yazi

“Donald Trampın hakimiyyətə gəlməyindən qorxan qüvvələr onda yanıldılar ki, guya Tramp Amerikanın maraqlarını Rusiyanın, Putinin, eləcə də başqa ölkələrin maraqlarına dəyişəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

O, Donald Trampın hakimiyyətə gəlməsi ehtimalının yüksəlməsi fonunda avropalı siyasətçilərin onunla dialoqda maraqlı olması amillərinə toxunub.

“Hesab edirəm ki, bu, yanlış mövqedir, çünki Tramp hakimiyyətə gəlsə belə, o mütləq Amerikanın maraqlarından çıxış etməlidir. Elə birinci hakimiyyəti dövründə də Amerikanın köhnəldiyini və Amerikanın xaricə sərf etdiyi resursları ölkə daxilinə yönəldəcəyini elan etmişdi və böyük ölçüdə də buna nail olmuşdu. İndi, bu baxımdan, onun hakimiyyətə gəlməsi o demək deyil ki, Rusiya qələbəsini 100 faiz təmin edəcək. Tramp köməkçilərinin vasitəsilə deyir ki, “mən müharibəni bir günə dayandıracağam”, amma onu necə dayandıracaq məsələsi əsasdır. O, həmçinin deyir ki, “mən Putinə şərtlər irəli sürəcəyəm və əgər Kreml rəhbəri buna əməl etməsə, mən Ukraynaya daha çox yardım edəcəyəm ki, Ukrayna Rusiyaya qalib gəlsin”, – deyə o, əlavə edib.

Onun sözlərinə görə, hesab edilməməlidir ki, Trampın hakimiyyətə gəlməsi Rusiyanın qələbəsi deməkdir:

“Amma İsrail-Fələstin məsələsində birmənalı hesab edirəm ki, o, İsrailin tərəfini saxlayacaq. Necə ki, keçən hakimiyyəti dövründə səfirliyi Qüdsə köçürdü və oranı paytaxt kimi qəbul etmişdi. Fikrimcə, Tramp böyük ölçüdə hakimiyyətə gələrsə, yenə də Amerikanın maraqlarından çıxış edəcək və buna heç kimin şübhəsi olmamalıdır. Rusiya ilə münasibətlərdə deyilənlərin əksi isə budur ki, Putin onun hakimiyyətə gəlməyindən istifadə etmək fikrində ola bilər, amma hələ onlar arasında hansı dialoq baş tutacaq, Putinlə Trampın bir-birlərinə dedikləri sözlər özünü tamamlayacaq, ya yox, bunlar hamısı gələcəkdə məlum olacaq”.
Xatırladaq ki, nüfuzlu “Politico” nəşri yazır ki, bütün dünya Trampın qəbuluna düşməyə tələsir və Avropa ölkələri Tramp komandası ilə danışıqlara çalışırlar.

Nəşrin məlumatına görə, Trampın mümkün qayıdışı ehtimalı onların hər birini düşündürür və narahat edir. Bundan əlavə, Onların hər biri Trampla danışıqlar aparmaq və onun şərtləri ilə tanış olmağa çalışırlar.

Rafi Müslümov

COP29

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv