Trampın 12 şərti və Tehranın rədd cavabı: İran rejimi necə dəyişdiriləcək?

Biz bir neçə həftədir ki, İrana qarşı tətbiq edilən yeni sanksiyaları görür və bu sanksiyaların uzunmüddətli olacağını bilirik.

ABŞ-ın dövlət katibi Mayk Pompeo (Mike Pompeo) bildirib ki, İran sanksiyaların tətbiq olunmaması üçün irəli sürülmüş 12 şərti qəbul etməyib. Həmin şərtlərin arasında İranın İslam İnqilabı Keçikçiləri Korpusunun xarici ölkələrdə apardığı əməliyyatları həmişəlik dayandırması, o cümlədən İran nüvə proqramından tamamilə imtina etməsi tələbi də var.

İran İslam Respublikası özlüyündə inqilabi rejim olaraq, regionda İslam inqilabını yaymaqla nüfuzunu artırmaq istəyir. Başqa sözlə, bu şərtlərin tezliklə yerinə yetiriləcəyini gözləmirik. İran sanksiyalar qarşısında təslim olmaq əvəzinə, zəif iqtisadiyyatı ilə ciddi şəkildə məşğul olmağa hazırlaşır. Həqiqətən, İran üçün çətin dövr gəlir.

Artıq şirkətlər fəaliyyətini dayandırırlar, işsizlik artır, xammal bahalaşır. Bəziləri fikirləşirlər ki, ölkəni xilas etmk üçün hökumət kifayət qədər imkanlara malikdir. Buna əsas kimi İran hökumətinin Çin, Hindistan və Rusiya ilə ticarət əlaqələrinin möhkəmliyini göstərirlər. Onlar ümid edirlər ki, İranın bu ölkələrlə ticarət əlaqələri davamlı olacaq. Lakin Tramp administrasiyasındakı bəzi fiqurlar reallıqda İran rejiminin qismən çökəcəyinə ümid bəsləyirlər.

İranda gözlənilən proseslər başlamaqdadır. İslam Respublikasında nizamsız, etiraz yürüşləri keçirilir, qadınlar baş örtüyünü çıxarırlar, tacirlər tətil elan edirlər və sair. Son altı ay ərzində bu cür etiraz aksiyaları çoxalıb. İranın bır sıra şəhərlərində keçirilən yürüşlərə çıxan insanlar dünyəvi dövlət modelinin tətbiqini və korrupsiyaya son qoyulmadını tələb edirlər. Yaxın keçmişdə İranda inqilab baş verib və bu proses yenə təkrarlana bilər. Amma nə vaxt?

Hazırda heç kim bu barədə soruşmur və düşünmür. İslam rejiminin devrilməsini istıyın Tramp administrasiyasını artıq konkret planı var. Biz İrana qarşı tətbiq edilən sanksiyaların təsiri barədə müzakirələr aparsaq da, heç kim İranın gələcəyi barədə fikirləşmək istəmir.

Çünki amerikanlar iranlılar barədə heç vaxt düşünmürlər. 2009-cu ildə Obama adminstrasiyası özünün İrana dair siyasətində insan hüquqlarının qorunmasına yönəlik fəaliyyət göstərəcəkdi. Həmin mübarizə çərçivəsində insanlar ideya, təhsil və mediada apardıqları güclü təşviqat vasitəsilə İranın daxilində təlatümlər yaradaraq, dəyişikliklər aparmağa yaxın idilər. Lakin Obama administrasiyası İranda nəzərdə tutulan dəyişikliyi reallşadıra bilmədi. Lakin Tramp adminstrasiyası 2019-cu ildə həmin siyasəti uğurla yerinə yetirə bilər. Ancaq indiki rəhbərlik də İranda köklü dəyişikliklər etmək istiqamətində fəallığını artırmayacaq.

Eynilə Sovet imperiyasının parçalanması ərəfəsində olduğu kimi, ABŞ Qərbi Avropa ölkələri ilə birlikdə Sovetlərin əhalisini “əsarət altında olan xalqlar” adlandırırdı. Biz Mərkəzi Avropa ölkələrinin iqtisadçılarına təhsil vermişik. Həmin iqtisadçılar sonradan öz ölkələrini mərkəzi planlaşdırma sistemindən çıxararaq, xeyli irəli aparıblar. Biz uğurla mübarizə apardıq və populyar radio proqramları SSRİ-nin ən uzaq regionlarına qədər yayılırdı. Bütün bu cəhdlər qısa müddətdə olmasa da, yekunda Sovet rejimi iflasa uğradı.

İranda baş verən proseslərə görə rejimin dəyişdirilməsinə hesablanan hər hansı ciddi əməliyyat fəlakətli nəticələrə gətirib çıxaracaq. İran iqtisadiyyatı açıq, və ya başqa yollarla İslam İnqilabı Keşikçiləri Korpusunun sahiblik etdiyi şirkətlərin nəzarətindədir. Bankların əksəriyyəti birbaşa dövlət tərəfindən, məhkəmə sistemi isə ruhanilər tərəfindən idarə olunur. Təhsil sistemi də 40 ilə yaxındır ki, radikal dini ideologiya daşıyıcılarının nəzarətindədir. Eyni zamanda, həm ölkənin daxilində, həm də xaricində liberalizm və insan hüquqları hərəkatlarını özündə birləşdirən mühüm təsir vasitəsinin mövcudluğu faktdır.

Lakin Qərb ölkələrinin hökumətləri, xeyriyyə qurumları, Qeyri-Hökumət Təşkilatları və mediası İranda dəyişikliklər etmək niyyətində olan qüvvələrə çox az dəstək verirlər. Ümumiyyətlə, Qərb həmişə antiİran qüvvələrlə çox az ünsiyyət qurarlar. Qərb ölkələri əksər vaxtlarda İran rejiminə qarşı olan mübariz qüvvələrin mövcudluğunu nəzərə almırlar. Əgər biz “başqa” İranın – dünyada bütün siyasi baxış və mövqelərə hörmətlə münasibət göstərən bir İranın mövcudluğu barədə fikirləşiriksə, onda bu istiqamətdə işləməliyik. Digər tərəfdən, əgər bizim İrandakı maraqlarımız uğursuluğa məruz qalacaqsa, onda başladığımız əməliyyatlar bu ölkədə xaos yaradacaq.

Enn Eplbom (Anne Applebaum) 

“The Washington Post”

COP29