Azərbaycana turist axını azaldan ÇATIŞMAZLIQLAR - RƏY

media-hightechnic-468x90

“Otellərin qiymətlərinin baha olması və bir çox mərkəzlərdə göstərilən xidmətlərin müasir standartlara cavab verməməsi bu vəziyyəti izah edir”.

media-rehman-quli-780x470

Bunu Yenicag.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev Azərbaycana gələn turistlərin sayında xeyli azalma müşahidə olunmasının səbəblərini şərh edərkən deyib.

Ekspert bildirib ki, ölkəyə turistlərin böyük hissəsi fərqli coğrafi regionlardan gəlirlər.

“Məsələn, Rusiya, Körfəz ölkələri və ya digər ölkələr. Bu regionlarda baş verən iğtişaşlar, münaqişələr və müharibələr gələn turistlərin sayına ciddi mənfi təsir göstərir. Məsələn, 2025-ci ilin ilk dörd ayında Körfəz ölkələrindən gələn turistlərin sayı 3,4% azalıb. Eyni şəkildə, Rusiyada mütəmadi səfərbərliklər və vətəndaşların ölkədən çıxışına qoyulan məhdudiyyətlər turist axınını azaldır. Yaranan vəziyyət isə ümumi göstəricilərə mənfi təsir edir.

Turistlərin seçimində xidmət səviyyəsi, yerləşmə və iaşə xərcləri, eləcə də “turizm məhsulu”nun keyfiyyəti mühüm rol oynayır. Azərbaycanda bu istiqamətdə mövcud çatışmazlıqlar da təsir göstərir. Yəni qiymətlər yüksək ola, bölgələrdə xidmət səviyyəsi istənilən səviyyədə olmaya bilər. Otellərin qiymətlərinin baha olması və bir çox mərkəzlərdə göstərilən xidmətlərin müasir standartlara cavab verməməsi bu vəziyyəti izah edir.

Qeyd etmək lazımdır ki, statistik baxımdan tam azalma müşahidə olunmur, bəzi dövrlərdə artım da qeydə alınıb. Yəni “azalma” termini konkret regionlar və müəyyən dövrlər üçün keçərlidir, bütün ölkə üzrə davamlı azalma kimi qiymətləndirilməməlidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa