Belarusla sərhəddə 5 ukraynalı minaya düşərək öldü

media-hightechnic-468x90

Ukraynanın şimalında, Belarusla sərhəd yaxınlığında yerləşən Jitomir vilayətində beş nəfər mina partlayışı nəticəsində həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə regional polis məlumat yayıb.

“31 oktyabr tarixində vilayətin şimalındakı meşəlik ərazilərdə nəqliyyat vasitələrinin partlayıcı qurğulara toxunması nəticəsində beş nəfər həyatını itirib, daha üç nəfər isə xəsarət alıb”, – məlumatda qeyd olunub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hər iki hadisə eyni gündə baş verib. Birinci halda yerli sakinlər “UAZ” markalı avtomobillə dövlət sərhədi boyunca planlaşdırılmış meşə qırımı işləri üçün hərəkət edirmişlər. Sürücü marşrutu dəyişib və avtomobil partlayıcı qurğuya toxunub. Daha sonra “ZIL” markalı, meşə məhsulları daşıyan avtomobilin minaya düşməsi barədə məlumat daxil olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa