Trampın adamı Putinlə görüşü SƏMƏRƏLİ SAYDI – “Bu münaqişədə əsas problem beş regiondur”

media-hightechnic-468x90

 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ötən həftə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşü “inandırıcı” adlandırıb və “beş ərazi” ilə bağlı danışıldığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Vitkoffun amerikalı mediaya verdiyi müsahibəyə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Vitkoff qeyd edib ki, Putinlə Ukraynada müharibəyə son qoyacaq addımlar və mümkün biznes imkanları müzakirə olunub. Onun sözlərinə görə, Putin ondan “daimi sülh”ün təmin olunmasını istəyib: “Bu nöqtəyə gəlmək üçün müəyyən vaxt sərf etdik”.

Sülh razılaşmasının əsasının “beş ərazi” ətrafında qurulduğunu deyən Vitkoff əlavə edib ki, bu razılaşma sadəcə o beş ərazi ilə bağlı deyil, daha geniş miqyaslıdır. O həmçinin bildirib ki, Rusiya və ABŞ arasında münasibətlərin dəyişməsi üçün real imkanlar görür: “Bu, regionda sabitlik yaradacaq çox cəlbedici kommersiya imkanlarıdır”.

Qeyd edək ki, 11 aprel tarixində Vitkoff Sankt-Peterburqda Vladimir Putinlə 4,5 saat davam edən görüş keçirib. Görüşdə Ukraynada münaqişənin həlli yolları müzakirə olunub.

Xatırladaq ki, Vitkoff bundan əvvəl məşhur jurnalist Taker Karlsona verdiyi müsahibədə də Rusiya tərəfindən işğal olunmuş əraziləri qeyd edərək demişdi ki, “bu münaqişədə əsas problem beş regiondur” – Donbas, Krım, Luqansk və daha iki ərazi. Onun bu açıqlamaları ABŞ-də, o cümlədən Ağ Ev və Respublikaçılar Partiyası daxilində ciddi tənqidlərə səbəb olmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600