Trampın "dostluq siyahısı" yeniləndi: Kolumbiya prezidentini kim xilas etdi?

media-hightechnic-468x90

Ağ Evin Latın Amerikası strategiyasında kəskin dönüş yaranıb. Uzun müddət Vaşinqtonun “qara siyahı”sında olan və Rusiya-Çin ikilisinin regiondakı əsas dayaqlarından hesab edilən Kolumbiya ilə münasibətlər gözlənilmədən müttəfiqlik müstəvisinə keçib.

media-banner_tkm

Bəs, Donald Tramp buna necə nail oldu? Kolumbiyanın Pekin və Moskva ilə bağları tamamilə qırılıbmı?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Samir Hümbətov regiondakı yeni güc balansını belə şərh edib:

media-samir-humbetovjpeg-1635415027-2

“Venesuelada baş verən hadisələrdən sonra Amerika dövlətləri ABŞ və Trampla bir az ehtiyatla davranmağa çalışır. Bu mənzərəni görmək mümkündür. Düşünürəm ki, Tramp Venesuela prezidentini götürdükdən sonra növbənin Kuba, Kolumbiya və Meksika ola biləcəyi haqqında açıqlama verdi. Məhz bundan sonra Kolumbiya prezidenti Amerikaya səfərə çıxdı”.

Samir Hümbətov bildirib ki, bu addımlar Amerikanın milli maraqlarına xidmət edir və Trampın hakimiyyətini daha da möhkəmləndirir:

“Görünür, pərdəarxası aparılan danışıqlar öz nəticəsini verib və müəyyən razılaşmalar əldə olunub. Məhz buna görə də, Tramp artıq onu özünə dost hesab edir. Belə desək, onu qara siyahıdan çıxardıb. Trampın belə tezliklə hakimiyyətdən gedəcəyini düşünmürəm. Artıq 1 ildən çoxdur hakimiyyətdədir, iki ildən az vaxt qalıb seçkilərə. Böyük ehtimalla hakimiyyətin sonuna qədər qalacaq amma sui-qəsd olmazsa. Trampın indiyəcən atdığı addımlar məhz Amerikanın xarici siyasət maraqlarını güdməyə xidmət edir. Buna görə də, düşünürəm ki, xalq ondan razıdır və Trampa qarşı hər hansı problem çıxacağını düşünmürəm”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05