Trampın “iki həftə” mesajı: Sülh, yoxsa müharibə anonsu

media-hightechnic-468x90

 

media-banner_tuq

 

ABŞ lideri Donald Trampın İranla bağlı münaqişənin iki həftəyə bitəcəyinə dair bəyanatı beynəlxalq gündəmi zəbt edib.

Bəs bu mesajın pərdəarxası nədir? İki həftədən sonra sülh müqaviləsi imzalanacaq, yoxsa bu, yeni bir müharibənin anonsudur?

Məsələni Yenicag.az-a şərh edən siyasi şərhçi Azər Həsrət bildirib ki, Trampın addımlarını proqnozlaşdırmaq çətindir:

“Tramp bəzən sağ göstərib sol vuran bir lider olduğu üçün onun açıqlamalarını ehtiyatla şərh etmək lazımdır. Müharibənin iki həftəyə yekunlaşacağı barədə bəyanata da şübhə ilə yanaşmaq lazımdır. Unutmayaq ki, Tramp elə bu yaxınlarda Hörmüz boğazının son razılaşmaya qədər bağlı qalacağını bildirmişdi. Bu, İran iqtisadiyyatının daha da boğulması deməkdir. İranın hava sahəsi və quru sərhədləri hərtərəfli olaraq İsrail və ABŞ-ın nəzarəti altındadır. İsrail əsasən Yaxın Şərq üzərindən İrana zərbələr endirsə də, unutmamalıyıq ki, ölkəyə həm də kosmosdan tam nəzarət olunur. Bir sözlə, İran artıq Amerikanın ovcunun içindədir. Bunu Tehran rəhbərliyi də dərindən anlayır”.

Ekspertin sözlərinə görə, ali dini rəhbərin öldürülməsindən sonra İranın vəziyyəti daha da kritikləşib:

“Düşünürəm ki, İran ABŞ-ın tələblərinə əməl etməyə hazır olduğunu bildirib. İqtisadiyyatının tamamilə çökməməsi üçün Tehranın bu qərarı verməsi yüksək ehtimaldır. Çox güman ki, bağlı qapılar arxasında aparılan danışıqlarda iki həftə ərzində sülhün detalları razılaşdırılacaq. Lakin Tramp faktoru burada əsasdır: bəlkə də o, bu bəyanatı ilə iki həftəyə yeni müharibənin başlayacağının anonsunu verir”.

Nurlan Cəfəri

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05