Trampın prezident seçkisində iştirakına icazə verildi

media-hightechnic-468x90

Miçiqan məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2021-ci ildə Kapitoli hadisələrindəki roluna baxmayaraq, 2024-cü ildə prezidentliyə namizəd ola biləcəyinə qərar verib.

media-banner_tkm

Hakim sabiq prezidentin Kapitoliyə hücumda rolunun onun yenidən seçilmək iddiasını məhdudlaşdırdığına dair arqumentləri rədd edib.

Beləliklə, Trampın namizədliyi ştatın ilkin səsvermə bülletenində qalacaq.
Yerli medianın məlumatına görə, Trampın ABŞ-də seçicilər arasında dəstəyi artıb. Xüsusilə, o, ən mühüm altı ştatdan beşində – Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniyada seçici dəstəyinə görə indiki dövlət başçısı Co Baydeni qabaqlaya bilib.

Mənbə: Associated Press

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05