Trampın qurduğu yeni dünya nizamı nələrdən ibarətdir?
ABŞ prezidenti Donald Trampın administrasiyası sözdə “Donroe Doktrinası” əsasında yeni bir dünya nizamı yaratmağa başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Axios” xəbər portalı məlumat yayıb.
Portal yazır ki, “Donroe Doktrinası”na görə, Qərb yarımkürəsi ABŞ-nin təsir dairəsi kimi tanınır və Vaşinqton burada Rusiya və Çin kimi digər böyük dövlətlərin təsirinə qarşı fəal şəkildə müqavimət göstərəcək. Strategiya həmçinin NATO müttəfiqlərinə də aiddir.
Məqalənin müəllifləri bu kursun həyata keçirilməsinin bariz nümunəsi kimi ABŞ Sahil Mühafizəsi tərəfindən Şimali Atlantikada Rusiyaya məxsus “Mariner” neft tankerinin ələ keçirilməsini, eləcə də Venesueladakı hərbi əməliyyatı göstərirlər.
Bundan əlavə, Tramp və komandası açıq şəkildə Qrenlandiya üzərində nəzarəti ələ keçirməklə yanaşı, güc tətbiq etmək seçimini də müzakirə edirlər./unikal












