Trampın tarifləri Almaniyanı silkələyir: ABŞ və Çin arasında "iqtisadi ölüm-dirim" SAVAŞI

media-hightechnic-468x90

“Hələlik bu qarşıdurmanın yekun nəticəsi görünmür, lakin rəqabət artıq açıq mərhələyə keçib”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

media-xalid-kerimli

Ekspert Çinin tarixdə ilk dəfə ABŞ-ni geridə qoyaraq Almaniyanın ən böyük ticarət tərəfdaşına çevrilməsindən və ABŞ Prezidenti Donald Trampın mübahisəli tariflərinin Almaniya iqtisadiyyatında potensial 5%-lik azalmaya səbəb ola biləcəyi risklərindən danışıb.

İqtisadçı bildirib ki, baş verən proseslər əslində son onilliklərin qlobal iqtisadi transformasiyasının məntiqi nəticəsidir:

“Mövcud vəziyyət qəfil yaranmayıb. ABŞ qlobal balansı öz xeyrinə dəyişməyə çalışır. Xüsusilə Tramp administrasiyasının əsas hədəfi istehsal və ticarət coğrafiyasını yenidən formalaşdırmaq, yerli sənayeni dirçəltməkdir. Bu məqsədlə proteksionist siyasətə, yəni daxili bazarın və strateji sahələrin sərt şəkildə qorunmasına üstünlük verilir.

ABŞ-nin yaxın perspektivdə, ən azı Trampın hakimiyyəti dövründə tam sərbəst ticarət modelinə qayıdacağı real görünmür. Əksinə, yarımkeçiricilər, yüksək texnologiyalar və süni intellekt kimi strateji sektorların mühafizəsi, eləcə də yerli istehsalın təşviqi prioritet olaraq qalacaq. Bununla yanaşı, Almaniya və Avropa İttifaqı kimi müttəfiqlərlə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi də mühüm istiqamətdir”.

Digər tərəfdən, iqtisadçının fikrincə, ABŞ-nin Çini qlobal iqtisadi sistemdən tamamilə təcrid etməsi qeyri-mümkündür:

“Çin həm Alman şirkətləri, həm də ümumilikdə Avropa iqtisadiyyatı üçün nəhəng bazar və mühüm inkişaf mənbəyidir. Buna görə də Vaşinqtonun strategiyası Çindən tam qopmaq deyil, daha çox ‘risklərin azaldılması’ (de-risking) xəttinə əsaslanır.

Çinin sürətli yüksəlişi hazırkı ABŞ administrasiyasının əsas gündəm mövzusudur. Bu çərçivədə tariflərin artırılması, texnologiya və çip ixracına qoyulan qadağalar, yüksək texnologiyalar sahəsində nəzarət mexanizmlərinin sərtləşdirilməsi kimi addımlar atılır. Hələlik bu qarşıdurmanın yekun nəticəsi bəlli deyil, lakin rəqabətin artıq açıq müstəviyə keçdiyi ortadadır.

Trampın ikinci prezidentlik dövründən etibarən iqtisadi milliləşmə və istehsalın yenidən ABŞ-yə qaytarılması səyləri daha sistemli xarakter alıb. Əsas məqsəd investisiyaların ölkəyə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və sənaye potensialının maksimum gücləndirilməsidir”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05