Trampın verdiyi 48 saatlıq vaxt BİTİR: "Cenevrədə sövdələşmə baş tutmasa, İran dərhal VURULACAQ" – ANONS

media-hightechnic-468x90

“Tramp son ana qədər səbrlə gözləyəcək, ən azı Cenevrə görüşünə qədər”

media-banner_tuq

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.

media-a6394f09-6e38-4b78-a39b-5517b4a51d19

Politoloq Cenevrə görüşü öncəsi Trampın İran haqqında “İran üçün çox pis gün olacaq” açıqlamasına münasibət bildirib:

“İran ətrafında vəziyyət getdikcə gərginləşir. Trampın öncədən verdiyi vaxt bitib və son 48 saat vaxt verib. Həftənin ortası Cenevrədə ikitərəfli keçiriləcək görüşdə razılıq əldə olunmalıdır. İran nüvə proqramını dayandırmalıdır, amma son məlumatlara görə, İranın görüşdəki nümayəndəsi Əraqçı proqramın dayandırılmasını yox, Amerika ilə razılığa gəlməsi haqqında sənədlər hazırlandığını bildirir.

Onu da bildirim ki, son 12 günlük müharibədən fərqli olaraq, artıq ABŞ İran ətrafına daha çox qüvvə yığıb. Bir neçə gəmi, artilleriya qüvvəsi və Amerikanın Yaxın Şərqdə olan hərbi bazalarına reaktiv qırıcılar toplanıb. Artıq əmr gözlənilir. Den Keynin bu müharibəyə hazır olması məsələsinə baxdıqda, bu gün Tramp administrasiyasında bəzi şəxslər İranı yerindəcə vurmaq istəyir, bəziləri isə bunun ağır nəticələri olacağını bildirirlər. Hesab edirəm ki, Tramp müharibə göstərişi verdikdən sonra Keyn də öz vəzifəsini yerinə yetirəcək. Bu mənada vəziyyət çox kritikdir. Hər iki tərəf ciddi ritorikalardan istifadə edir”.

Politoloq İran tərəfinin nüvənin zənginləşdirməsini kütləvi silah olaraq deyil, enerji sahəsi üçün istifadə etməkdə israrlı olduğunu qeyd edib:

“İran prezidenti nüvə silahı əldə etmək istəmədiyini qeyd etdi və Ali Dini Rəhbər Xamneyinin kütləvi silahların günah olması haqqında fətvası da var. Pezeşkian nüvə enerjisindən qırğın silahı kimi yox, enerji mənbəsi kimi istifadə etmək istədiklərini dilə gətirir. Hesab edirəm ki, Tramp Cenevrə görüşünə qədər müharibə əmri verməyəcək. Baxmayaraq ki, müəyyən konqresmenlər, siyasətçilər təkidlə Trampı müharibə başlamağa təhrik edirlər.

Eyni zamanda, yaxınlarda İsrailin baş naziri Netanyahu da Trampla görüşdü və o da İranın vurulmasını istəyir. Tramp isə müharibə istəmədiyi üçün səbr nümayiş etdirir. Əgər İran nüvə proqramından əl çəksə, müharibə olmayacaq. Əks halda müharibə qaçılmazdır. Bu müharibə təkcə ABŞ-İran müharibəsi olmayacaq, region üçün də ağır nəticələri olacaq. Unutmayaq ki, İran hazırda Çinin proksi qüvvəsi kimi çıxış edir və bu gərginlik başladıqdan indiyədək Çin İrana ciddi hərbi dəstək göstərir. Çin-İran-Rusiya birgə təlimləri də buna sübutdur. Rusiya özü də İrana ciddi kömək etməkdədir.

Hesab edirəm ki, Tramp səbrlə məsələni diplomatik yolla həll etməyi son anadək gözləyəcək. Müharibə başlayacağı təqdirdə Amerika İranın hərbi və nüvə obyektlərinə zərbələr endirəcək və siyasi rəhbərliyi vurmaq üçün addımlar atacaq. Biz də Azərbaycan olaraq bunun olmasını istəmirik və məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05