Trampın Yaxın Şərq ARZUSU – Daha çox pul, İsrail və...

media-hightechnic-468x90

“Trampın hazırkı istəyi Yaxın Şərqdən daha çox pul qazanmaq və əzəli dostu İsrailin təhlükəsizliyinin təmin olunmasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərini təhlil edərkən qeyd edib ki, Tramp prezidentliyinin birinci dövründə Yaxın Şərqlə münasibətlərə xüsusi önəm verirdi və bunu hiss elətdirməyə çalışırdı:

“Bu siyasət hazırda da davam edir. Onun diqqəti yenidən Yaxın Şərqə yönəlib. Çünki Trampın biznes maraqları var. ABŞ Prezidenti üçün ticarət daha önəmlidir. Onun əsas maliyyə mənbələrindən biri də Səudiyyə Ərəbistandır. Bu baxımdan, Trampın əsas məqsədi bölgənin imkanlarından daha səmərəli şəkildə istifadə etməkdir”

Onun sözlərinə görə, Trampın addımları ilk növbədə ABŞ silahlarının satışını və həmin satışlardan əldə edilən iqtisadi gəlirləri artırmaq, həmçinin Yaxın Şərqlə iqtisadi və ticarət əlaqələrini daha da dərinləşdirmək məqsədi daşıyır:

“Eyni zamanda, ABŞ bölgədəki mövqeyini qoruyub saxlamaq istəyir. Bu yanaşma Yaxın Şərqdəki vəziyyətə ciddi təsir göstərəcək. Xüsusilə İsrail ilə ərəb ölkələri arasındakı münasibətlər istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan proseslər ABŞ-nin maraqları çərçivəsində həyata keçirilməyə çalışılır. Bir sözlə, Trampın hazırkı istəyi Yaxın Şərqdən daha çox pul qazanmaq və əzəli dostu İsrailin təhlükəsizliyinin təmin olunmasıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600