TRT-nin Xocalı soyqırımı ilə bağlı başlatdığı səfərbərlik davam edir
Az öncə TRT-nin Ərəb dünyasına yayımlanan TRT Arabiya kanalı Xocalı soyqırımı ilə bağlı xüsusi süjet yayımlayıb
Kanalın baş redaktoru Salih Memetin ərəb dilində hazırladığı süjetdə Xocalıda ermənilər tərəfindən törədilən orijinal görüntülər, Xocalı şahidlərindən müsahibələr öz əksini tapıb.
Xocalı ilə bağlı süjet studyada müzakirəsində davam etdirilib
Studyanın qonağı “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər isə ermənilərin Xocalı ilə yanaşı Dağlıq Qarabağda törətdiyi vəhşiliklərə dünya birliyinin susduğunu, cinayətkarların isə azadlıqda gəzdiyini bildirib.
www.yenicag.az